Медиа
Azərbaycan Notariat Palatasının üzvlərinə BİLDİRİŞ
Azərbaycan Notariat Palatasının üzvlərinə
BİLDİRİŞ
Hörmətli həmkarlar!
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağının keçirilməsi 10 iyul 2025-ci il tarixə təyin edilmişdir.
Notariusların iş rejimi nəzərə alınmaqla və əhaliyə göstərilən notariat xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə Ümumi yığıncaq videoformatda onlayn qaydada keçiriləcəkdir. Palata üzvlərinin tədbirə Zoom proqramı vasitəsilə qoşulması nəzərdə tutulur (“Elektron notariat” informasiya sistemində yerləşdiriləcək link üzərindən). Ümumi yığıncaq saat 10:00-da başlayır. Saat 09:00-dan 09:40-dək onlayn qoşulmanı təmin etməyiniz vacibdir.
Ümumi yığıncağın gündəliyinin layihəsi:
- Azərbaycan Notariat Palatasının Türk Dünyası Notariat Birliyinə qoşulması.
Əlaqə telefonları: (012) 4881071, (077) 4481071
Azərbaycan Notariat Palatasının İdarə heyəti
03.07.2025