Медиа
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə keçirilmiş test imtahanında zəruri keçid balı toplamış 41 namizədlə fərdi qaydada müsahibə aparılıb.
İxtisas Komissiyası tərəfindən müsahibənin nəticələrinə əsasən aşağıda adı göstərilən uğur qazanmış namizədlərin Ədliyyə Akademiyasında icbari təlimə buraxılmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edilib.
Müsahibənin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:
1. Abdullayev Mir Ramil Mirtəbib oğlu
2. Ağakişiyev Vaqif Akif oğlu
3. Ağayev Orxan Kamran oğlu
4. Cabbarzadə Azadə Niyazi qızı
5. Əhmədov Oqtay Etibar oğlu
6. Əhmədov Ramin Malik oğlu
7. Əlizadə Bənövşə Mərdan qızı
8. Kərimov Bahadur Səttar oğlu
9. Məmişov Bəylər Sahib oğlu
10. Muradov Ramin Novruz oğlu
11.Rzayeva Günay Pənah qızı
Siyahıda adları göstərilən namizədlər avqust ayının 8-də saat 09.00-da Ədliyyə Akademiyasında olmalıdırlar. Ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158, telefon 493-71-31.
Bildiririk ki, icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.
Əlavə məlumatları nazirliyin Qeydiyyat və notariat baş idarəsindən (Bakı şəhəri, Azadlıq prospekti 72), habelə 404-42-28, 404-42-19 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.
Mənbə: justice.gov.az
Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.