Медиа

Azərbaycan Notariat Palatasının üzvlərinə BİLDİRİŞ

Hörmətli həmkarlar!

 

Azərbaycan Notariat Palatasının Ümumi yığıncağının keçirilməsi 06 sentyabr 2022-ci il tarixə təyin edilmişdir.

 

Ümumi yığıncaq Zoom platforması üzərindən videokonfrans formatında keçiriləcəkdir. Palata üzvlərinin tədbirə Zoom proqramı vasitəsilə “Elektron notariat” informasiya sistemində yerləşdiriləcək link üzərindən). qoşulması nəzərdə tutulur Ümumi yığıncaq saat 10:00-da başlayır. Saat 09:00-dan 09:40-dək onlayn qoşulmanı təmin etməyiniz vacibdir.    

 

Ümumi yığıncağın gündəliyinin layihəsi:

 

  1. İdarə Heyəti sədrinin ümumi illik hesabatı.
  2. Təftiş Komissiyasının illik maliyyə hesabatı.
  3. Müşahidə Şurası sədrinin çıxışı.
  4. Dəvət olunan şəxs qismində AR Ədliyyə Naziriliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini, Notariat idarəsinin rəisi cənab M.Soltanovun çıxışı.
  5.  Notariat Palatasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.

 

Nizamnaməyə əlavə və dəyişiklilərin layihəsi qoşma faylda əlavə olunur.

 

Ümumi yığıncağın keçirilməsi barədə həmçinin, Azərbaycan Notariat Palatasının www.aznotary.az internet saytında da elan yerləşdirilmişdir.

 

Xatırladırıq ki, Azərbaycan Notariat Palatasının nizamnaməsinin 7-ci bəndinə əsasən, notariuslar Ümumi yığıncaqda şəxsən iştirak edirlər. Notarius ümumi yığıncaqda iştirak edə bilməməsinin səbəbi haqqında İdarə heyətinə əsaslandırılmış yazılı məlumat verməlidir.

 

Bu bildirişin alınması barədə Azərbaycan Notariat Palatasının umumiyigincag22@aznotary.az elektron ünvanına bildirməyiniz zəruridir.

 

Əlaqə telefonları: (012) 4881071, (070) 4481071

 

          Azərbaycan Notariat Palatasının İdarə heyəti