Медиа
“Notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda seminar
23 sentyabr 2023-cü il tarixdə Azərbaycan Notariat Palatasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün Şəki rayonunda yerləşən “Marxal Resort and Spa” kompleksinin konfrans zalında “Notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda seminar keçirilmişdir.
Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov seminarın tariximizin əlamətdar səhifələrinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan Vətən torpaqlarının azad olunması ilə nəticələnən 44 günlük 2-ci Qarabağ müharibəsinin başlanmasının və Böyük Zəfər uğrunda canlarını fəda edən şəhidlərimizin unudulmaz xatirəsinin simvolu olan 27 sentyabr – Anım günü ərəfəsinə təsadüf etdiyini qeyd etmişdir. İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş və qəhrəmanlarımızın xatirəsi 1 dəqiqəlik sükütla yad edilmişdir.
Seminarda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Notariat idarəsinin məsləhətçisi Müşfiq Cəfərov və Ədliyyə sahəsində xidmətlər baş idarəsinin İnformasiya təminatı şöbəsinin məsləhətçisi Zaur Həsənov tərfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsi üzrə qanunvericiliyin notariat təcrübəsində tətbiqi məsələlərinin aydınlaşdırılması məqsədilə “Risk əsaslı yanaşmanın tətbiqi və risk meyarlarının müəyyən olunması”, “Notariuslar tərəfindən müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi və qanunvericiliyin tətbiqinə dair tövsiyələr” və “Yeni qanunvericilik prosedurlarının elektron notariat informasiya sistemi vasitəsilə tətbiqi” mövzularında məruzələr edilmiş və təqdimatlar nümayiş olunmuşdur. Mövzular ətrafında geniş disskussiyalar aparılmış və təkliflər dinlənilmişdir.
Seminarda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 30-dan artıq notarius, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin və Azərbaycan Notariat Palatasının əməkdaşları iştirak etmişlər.
Notariuslar tərəfindən vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, onların peşəkarlığının artırılmasına yönələn bu kimi təlimlərin mütəmadi olaraq keçirilməsi, o cümlədən gələcəkdə digər regionlarda da təşkil olunması nəzərdə tutulur.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Меморандум о сотрудничестве подписан между Нотариальной палатой Азербайджана и Нотариальной палатой Беларуси
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə