Медиа

Azərbaycan Notariat Palatası Təlim-Tədris Mərkəzi üzrə “Rəis müavini” vəzifəsinə vakansiya elan edir.

Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Notariat Palatası Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə www.aznotary.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

 

Təlim - Tədris Mərkəzi üzrə:

Rəis müavini

Əsas vəzifə öhdəlikləri:

  • Tədris işinin dövri iş planlarının hazırlanmasında iştirak etmək;
  • Tədris məsələləri ilə bağlı işin təşkilində iştirak etmək;
  • Notariat sahəsində kadrların hazırlığı prosesinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Hüquq və notariat sahəsi üzrə hüquqi və institusional məsələlər, hüququn  tətbiqi ilə bağlı araşdırma, ümumi analiz və hüquqi təhlillər aparmaq;
  • Notariat Palatasının Elmi-Metodiki Şurasının müzakirəsi üçün Şuranın gündəliyinə çıxarılan təkliflərin və arayışların hazırlanmasında iştirak etmək;  
  • Notariat sahəsinin təlim-tədris məsələləri üzrə, eləcə də notariat sahəsi ilə əlaqəli sahələrarası hüquqi məsələlər üzrə notariusların, ixtisaslaşmış hüquqşünasların və notariat ofisi əməkdaşlarının iştirakı ilə müzakirələrin aparılmasının təşkilində və zərurət olduqda aktual məsələlər ilə bağlı işçi qruplarının təşkilində iştirak etmək;
  • Əlavə təhsilin və təkmilləşdirmənin təmin edilməsi məqsədi ilə tələbatları öyrənmək və müvafiq təkliflər hazırlamaq;
  • Ölkədaxili və xarici ölkələrin notariat sahəsində təhsil və tədrislə məşğul olan qurumları ilə əlaqələr qurmaq, əməkdaşlığın həyata keçirilməsi barədə təkliflər vermək və təhsil-təcrübə mübadilələrinin təşkilində iştirak etmək;
  • Mərkəzdə keçirilmiş kurslar, iştirakçılar barədə dövri hesabatların tərtib edilməsində iştirak etmək;
  • İdarə Heyətinin razılığı ilə notariat xidmətinin inkişaf etdirilməsi məqsədilə beynəlxalq elm nümayəndələrinin, mütəxəssislərin, ekspertlərin, məsləhətçilərin təlim-tədris işinin aparılmasına cəlb edilməsi istiqamətində işləri görmək;
  • Notariat fəaliyyətinin aktual məsələləri üzrə araşdırma işlərinin aparılması üçün prioritet istiqamətlərin müəyyən edilməsi istiqamətində layihə və təkliflər vermək;
  • Tədris üzrə əlaqəli qurumlarla birgə təlim və tədris kursları proqramlarının, planlarının

 hazırlanması və həyata keçirilməsində iştirak etmək;

  • Tədrislə bağlı metodiki tövsiyyələrin və vəsaitlərin nəşr edilməsi barədə təkliflər verilməsində iştirak etmək;
  • Tədrislə bağlı tədbirləri təşkil etmək və tədbir protokollarının tərtib edilməsini təmin etmək;
  • Palatanın İdarə Heyəti ilə razılaşdırmaqla təlimlər, seminarlar, konfranslar, müzakirələr və dəyirmi masalar təşkil etmək və keçirilməsində iştirak etmək;
  • Palata rəhbərliyinin verdiyi digər tapşırıqları icra etmək.

 

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır.

İş vaxtı: 09:00 - 18:00.

İş günü: Bazar ertəsi- Cümə.

 

Namizəd üçün tələblər:

Ali təhsil (hüquq təhsilinə üstünlük veriləcəkdir).

Tədris sahəsində  ən azı 5 il iş təcrübəsi.

Ən azı bir xarici dil biliyi (sərbəst səviyyədə).

Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı.

 

Şəxsi keyfiyyətlər:

Təşkilatçılıq bacarığı, analitik düşüncə qabiliyyəti, intizamlılıq, ünsiyyətcillik.

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

 

Məlumatlandırıcı qeydlər:

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin.

Vakansiya üzrə müraciətlər 01 avqust 2024-cü il tarixədək qəbul olunacaqdır.

İşə qəbul prosesinin növbəti mərhələsi ilə bağlı ümumi tələblərə uyğun gələn namizədlərlə müsahibə keçirilməsi üçün əlaqə saxlanılacaqdır.

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (CV formasını Notariat Palatasının aznotary.az saytında “Vakansiya” bölməsindən götürə bilərsiniz) vakansiya@aznotary.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Vakansiya” qeyd etmələri xahiş olunur.

Digər Xəbərlər

Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib

06.10.2025

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025