Медиа
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib
Sentyabrın 4-də Qırğız Respublikasının ədliyyə nazirinin birinci müavini Zarılbek uulu Almazbekin rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə, o cümlədən notariat sahəsində Azərbaycan Respublikasının qabaqcıl təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Notariat Palatasında da işgüzar görüş keçirilib.
Görüş zamanı qonaqlara Palatanın yaranması və fəaliyyəti, notariat sisteminin inkişafı istiqamətində Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Notariat Palatası tərəfindən notariusların peşə hazırlığı və ixtisas səviyyəsinin artırılması, həmçinin notariat ofisi əməkdaşlarının bilik və peşə təcrübəsinin yüksəldilməsi istiqamətində mütəmadi təlimlərin təşkili, notariat təcrübəsinin və qanunvericiliyin ümumiləşdirilməsi, bu sahədə təkliflərin hazırlanması, beynəlxalq əməkdaşlıq işinin təşkili və digər zəruri istiqamətlər üzrə Palatanın fəaliyyəti barədə Qırğız Respublikası nümayəndə heyətinə ətraflı məlumat verilib.
Görüşdə qonaqlara “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azrbaycan Respublikası Qanununun notariat fəaliyyətində tətbiqinə dair Azərbaycan notariatının mütərəqqi təcrübəsi barədə təqdimat edilib və onları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Azərbaycan Respublikasında notariat fəaliyyətinin həyata keçirilməsi üzrə qonaqlar üçün maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qonaqlar, həmçinin 6 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisinin və Bakı şəhəri 52 saylı notariat ofisinin fəaliyyəti ilə tanış olublar.







Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.
Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə notariuslar üçün növbəti regional seminar keçirilib
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Astanada keçirilən beynəlxalq konfransda iştirak edib