Медиа
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.
10 iyul 2025-ci il tarixində Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda Palatanın Türk Dünyası Notariat Birliyinə (TDNB) təsisçi-üzv qismində qoşulması məsələsi müzakirə olunmuşdur.
Ümumi yığıncaqda ANP İdarə Heyətinin sədri Hüseyn Məmmədov türkdilli ölkələrin notariat qurumları arasında son illər ərzində əməkdaşlığın genişlənməsinə diqqəti çəkərək 2023-cü il oktyabrın 5-də Türk Dünyası Notariat Birliyinin yaradılması məqsədilə Türkiyə Respublikasının Ankara şəhərində Əməkdaşlıq Memorandumunun imzalanmasını qeyd etmişdir. Bildirimişdir ki, hal-hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın notariat qurumları nəzərdə tutulan Birliyin nizamnamə layihəsini hazırlamış və onun bütün üzvlər tərəfindən təsdiqlənərək rəsmi qeydiyyata alınması üçün müvafiq prosedurlara başlanılmışdır. TDNB-nin yaradılması notariat qurumlarımız arasında əməkdaşlığı, təcrübə mübadiləsini və əlaqələndirməni artıracaq və notariat fəaliyyətinin səmərəliliyinin artırılmasına şərait yaradacaqdır.
Azərbaycan Notariat Palatasının yeni yaradılacaq beynəlxalq təşkilata – Türk Dünyası Notariat Birliyinə təsisçi-üzv qismində qoşulması mühüm məsələ kimi Ümumi yığıncağın müzakirəsinə çıxarıldı və səsverməyə qoyuldu. Ümumi yığıncaq iştirakçıları ölkəmiz, Türk dünyası və notariat sisteminin inkişafı baxımından məsələnin böyük əhəmiyyətə mallik olmasını vurğuladılar. Məsələ səsverməyə çıxarıldı və Azərbaycan Notariat Palatasının Türk Dünyası Notariat Birliyinin təsisçi-üzv qismində qoşulması və bu məqsədlə rəsmi prosedurların yerinə yetirilməsi üçün İdarə Heyətinin sədri H.Məmmədova səlahiyyət verilməsi qərara alındı.


Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə notariuslar üçün növbəti regional seminar keçirilib
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Astanada keçirilən beynəlxalq konfransda iştirak edib
17 iyun 2025-ci il tarixində Azərbaycan Notariat Palatasının növbəti Ümumi yığıncağı keçirilmişdir