Медиа
9-10 dekabr 2022-ci il tarixlərində Rusiya Federasiyasıyasının Sankt-Peterburq şəhərində “Notariat. Təcrübə. Cari məsələlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
9-10 dekabr 2022-ci il tarixlərində Rusiya Federasiyasıyasının Sankt-Peterburq şəhərində “Notariat. Təcrübə. Cari məsələlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Ənənəvi olaraq, hər il təşkil olunan bu konfransda notariat təcrübəsinin və notariat üçün aktual olan mövzular üzrə çıxışlar dinlənilir və zəruri müzakirələr aparılır.
Rusiya Federasiyasının Federal Notariat Palatasının Beynəlxalq əməkdaşlıq Komissiyasının sədri, Leninqrad vilayətinin Notariat Palatasının prezidenti Yelena Moskalın moderatorluğu ilə keçirilən tədbirdə Rusiya Federasiyasının Federal Notariat Palatası, Rusiya Federasiyasının subyektlərinin notariat palataları, Belarus Notariat Palatası, Azərbaycan Notariat Palatası, Qazaxıstan Respublika Notariat Palatası, Özbəkistan Notariat Palatası və İspaniya Krallığının Barselona Vəkillər Palatası təmsil olunublar.
Beynəlxalq konfransda Azərbaycan Notariat Palatasını İdarə Heyətinin üzvü, Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu Elmar Kərimov və Azərbaycan Notariat Palatasının Elmi-Metodiki şurasının sədr müavini, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu Kənan Rəhmanov təmsil etmişlər.
Konfransda açılış nitqi ilə çıxış edən Federal Notariat Palatasının prezidenti Konstantin Korsik 2022-ci ilin Rusiya notariusları üçün kifayət qədər məhsuldar olduğunu qeyd edərək bildirdi ki, notariat hərəkətlərinin distant formatda həyata keçirilməsi hazırda demək olar ki, bütün ölkəni əhatə edir, məsafədən notariat hərəkətlərinə tələb isə il ərzində 30 dəfə artıb. Müraciətlərin əksəriyyəti icra qeydlərinin aparılması, internet məkanında sübutların təmin edilməsi və daşınar əmlakın girovu barədə bildirişlərin reyestrindən çıxarışların verilməsi ilə bağlı olduğu müşahidə olunur.
Qazaxıstan Respublika Notariat Palatasının sədri Asel Janabilova və Astana şəhərinin notariusu Oleq Polumordvinov Qazaxıstanda notariat fəaliyyətinin rəqəmsallaşdırılmasının hazırki vəziyyətindən danışaraq qeyd etdilər ki, vətəndaşlar notariat ofislərinə müraciət edərkən şəxsiyyəti təsdiq edən sənədləri mobil tətbiqlə notariusa göstərərək notariat hərəkəti apara bilərlər. Bundan başqa 2021-ci ildən etibarən kağız daşıyıcıda olan reyestrləri elektron reyestrlər əvəz edir. 2022-ci ilin iyul ayından etibarən etibarnamələrin distant qaydada təsdiqlənməsi üçün pilot layihə başladılmış və Rusiya notariatında olduğu kimi, Qazaxıstanda da notariat sənədlərini QR-kod vasitəsilə yoxlamaq mümkündür.
Özbəkistan Respublikası Notariat Palatasının sədr müavini Cəmşid Rəhmonov, vurğuladı ki, Özbəkistan notariatında kağız daşıyıcıda olan bütün sənədlər, jurnallar və kitablar artıq elektron daşıyıcıya köçürülmüşdür. Sistemə daxil olmaq üçün notariuslar barmaq izlərini skan etməlidirlər. Özbəkistan notariatını təmsil edən daha bir nümayəndə, Daşkənd şəhərinin notariusu Lola Əliyeva tərəfindən mirasın qəbul edilməsinin xüsusiyyətləri barədə ətraflı məlumat verilərək "Notarius" avtomatlaşdırılmış informasiya sistemində vərəsəlik işinin aparılmasının bütün mərhələləri nümayiş etdirilib.
İspaniya qanunvericiliyinə görə mirasın detalları barədə hüquq şirkətinin idarəedici tərəfdaşı, Barselona Vəkillər Palatasının üzvü David Viader vurğuladı ki, Rusiyada vahid irsi hüquq normaları tətbiq olunur, İspaniyada isə bir-birindən çox fərqli ola biləcək 7 növ vərəsəlik haqqında qanun və qaydalar mövcuddur. Həmçinin, İspaniya Krallığında birgə vəsiyyətnamə təkcə ər-arvad arasında deyil, qardaş və bacılar arasında da bağlanıla bilər. Qalisiyada isə, hətta iki nəfərdən çox adam belə bir vəsiyyətnamə verə bilərlər.
Azərbaycan Notariat Palatasının təmsilçisi E.Kərimov “Azərbaycanda Elektron notariat və elektron reyestrlərə inteqrasiya” mövzusunda çıxış edərək qeyd etmişdir ki, Elektron notariatın imkanları genişlənməkdədir, hal-hazırda 20-dən çox informasiya sistemi, onların resursları, funksiyaları elektron notariatla inteqrasiya olunub, bir sıra innovativ həllər hazırlanmış və “Mobil notariat” tətbiqinin imkanları artırılmışdır.
Tədbir çərçivəsində, Azərbaycan Notariat Palatasının nümayəndə heyəti tərəfindən bir sıra görüşlər keçirilmiş və faydalı təcrübə mübadiləsi aparılmışdır.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Меморандум о сотрудничестве подписан между Нотариальной палатой Азербайджана и Нотариальной палатой Беларуси
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə