Медиа

Azərbaycan Notariat Palatası Mətbuat xidməti üzrə “Mətbuat katibi” vəzifəsinə vakansiya elan edir.

Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Notariat Palatası Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə www.aznotary.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

 

Mətbuat katibi

Əsas vəzifə öhdəlikləri:

  • Mətbuat xidmətinin dövri iş planlarını hazırlamaq və Palatanın İdarə Heyətinə təqdim etmək;
  • Mətbuat xidmətinin işini təşkil etmək;
  • Palatanın fəaliyyətinin əsas istiqamətləri, qəbul etdiyi qərarlar, keçirdiyi tədbirlər, müvafiq dövrləri əks etdirən nəticələr, fəaliyyətin təkmilləşdirilməsi ilə əlaqədar tətbiq edilən layihələr və yeniliklər və s. barədə müvafiq məlumatları ictimaiyyətə çatdırmaq, bununla əlaqədar press-reliz, məlumat bülleteni hazırlamaq, habelə mətbuat konfranslarının və brifinqlərin keçirilməsini, məlumatların mediada yerləşdirilməsini təşkil etmək;
  • Palatanın internet saytının və Facebook səhifəsinin səmərəliliyini artırmaq, bunun üçün veb saytda və facebook səhifəsində Palatanın fəaliyyətini əhatəli əks etdirmək;
  • Palatanın ictimaiyyətlə və media ilə əlaqələr sahəsində işlərin təşkilini və tənzimlənməsini təmin etmək və bunun üçün Palatanın fəaliyyətinin mediada işıqlandırılmasını və bununla bağlı zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Media ilə işgüzar əlaqələr aparmaq;
  • Respublikada fəaliyyət göstərən hüquq təsisatlarının hüquqi mövzularda keçirilən tədbirlərini izləmək, zəruri və faydalı məlumatları əldə etmək və ümumiləşdirilmiş təkliflər planı hazırlamaq;
  • Fəaliyyət istiqamətləri üzrə fiziki və hüquqi şəxslərdən və dövlət orqanlarından daxil olan müraciətlərə və sorğulara baxılmasında qanunvericiliyə uyğun olaraq iştirak etmək;
  • Hüquq və notariat sahəsi üzrə aparılan araşdırmalar, əldə olunan nəticələr, keçirilən tədbirlər haqqında məlumatların ictimaiyyətə və mediaya operativ və sistemli şəkildə ötürülməsini təmin etmək;
  • Notariat sahəsi ilə bağlı xarici medianı mütəmadi izləmək, müvafiq informasiyaları qruplaşdırmaq, təhlil etmək və rəhbərliyə arayışlar təqdim etmək;
  • Palatanın dövri nəşrlərini hazırlamaq, yerləşdirilən informasiyaların məzmununun əhatəliliyi və etibarlılığına nəzarət etmək;
  • Notariat fəaliyyəti ilə bağlı əhəmiyyət kəsb edən məsələlərə dair sorğular keçirilməsini təşkil etmək, əldə edilən nəticələri təhlil etmək və aidiyyatı üzrə təqdim etmək;
  • Mətbuat xidməti üzrə dövri hesabatları hazırlamaq və İdarə Heyətinə təqdim etmək;
  • Palata rəhbərliyinin verdiyi digər tapşırıqları icra etmək.

 

 

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır.

İş vaxtı: 09:00 - 18:00.

İş günü: Bazar ertəsi- Cümə.

 

Namizəd üçün tələblər:

Ali təhsil.

Mətbuat xidməti sahəsində ən azı 5 il iş təcrübəsi.

Ən azı bir xarici dil biliyi (sərbəst səviyyədə).

Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı.

 

Şəxsi keyfiyyətlər:

Təşkilatçılıq bacarığı, analitik düşüncə qabiliyyəti, intizamlılıq, ünsiyyətcillik.

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

 

Məlumatlandırıcı qeydlər:

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin.

Vakansiya üzrə müraciətlər 01 avqust 2024-cü il tarixədək qəbul olunacaqdır.

İşə qəbul prosesinin növbəti mərhələsi ilə bağlı ümumi tələblərə uyğun gələn namizədlərlə müsahibə keçirilməsi üçün əlaqə saxlanılacaqdır.

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (CV formasını Notariat Palatasının aznotary.az saytında “Vakansiya” bölməsindən götürə bilərsiniz) vakansiya@aznotary.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Vakansiya” qeyd etmələri xahiş olunur.



CV forması:

CV forması

Digər Xəbərlər

Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib

06.10.2025

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025