Медиа

5 oktyabr 2019-cu il tarixində Dağıstan Respublikasının Notariat Palatası 25 illiyini qeyd etdi.

5 Oktyabr 2019-cu il tarixində Dağıstan Respublikasının Notariat Palatası yaranmasının 25 illiyinə həsr olunmuş təmtəraqlı tədbir keçirdir. Palatanın sədri Şamsutdin Calayev tədbirdə iştirak edənləri təntənəli şəkildə qarşıladı. O fəxrlə qeyd etdi ki, təyin olunduqları vəzifəyə yüksək peşəkarlıq, məsuliyyət, şəxsi mənəvi maraqlar və sevgi ilə yanaşma Dağıstan Respublikası Notariat Palatasının hər bir üzvünün ən vacib xüsusiyyətləridir və bu keyfiyyətlər 25 illik uzun və çətin yolu keçməyə böyük dəstək olmuşdur.

25 il əvvəl - 28 Sentyabr 1994-cü il tarixində Dağıstan Respublikası Notariat Palatasının yaranmasına dair qərarın və 4 Oktyabr 1994-cü ildə Dağıstan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Nizamnamənin qəbul olunduğu təsis yığıncağı keçirilmişdir. Dağıstan Respublikası Notariat Palatasının birinci sədri 24 il Dağıstan Respublikası xüsusi notariatına rəhbərlik etmiş Maqomed Calayev seçilmişdir.

Təntənəli tədbirdə Rusiya Federasiyası notariat palatalarının dəvət olunmuş sədrləri və üzvləri, həmçinin Dağıstan Respublikası dövlət orqanlarının, nazirliklərinin və idarələrin nümayəndələri iştirak etmişdirlər. Federal Notariat Palatasının vitse-prezidenti, Moskva vilayəti üzrə notariat palatasını prezidenti Stanislav Smirnov, FNP prezidentinin dövlət orqanları ilə qarşılıqlı əlaqələr üzrə məsləhətçisi Yelena Curinskaya, Dağıstan Respublikası Ədliyyə Naziri Qazıməmməd Sefikurbanov, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Dağıstan Respublikası üzrə  İdarəsinin rəhbəri Umar-Xalipa Şaxmanayev, Dağıstan Respublikası Milli Məclisinin qanunvericilik, qanunilik, dövlət quruculuğu və yerli idarəetmə üzrə Komitəsinin sədri Alavudin Mirzəbalayev, Dağıstan Respublikasında insan hüquqları üzrə səlahiyyətli şəxs Camal Əliyev (Rusiya hüquqşünaslar Assosiasiyasının Dağıstan regional şöbəsinin sədri), Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası üzrə hüquq şöbəsinin rəhbəri, daxili işlər polkovniki İmamutdin Mamayev, Dağıstan Dövlət Universitetinin pro-rektoru Nazirxan Hacıyev, Dağıstan Dövlət Universitetinin müəllimi, hüquq elmləri üzrə doktor (keçmiş Dağıstan Respublikası Ədliyyə naziri) Azadi Rəhimov, Ümumrusiya Dövlət Ədliyyə Universitetinin (Rusiya Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyası) Şimali Qafqaz İnstitutunun direktoru Hüseyn Maqomedov, "Kimsəsizlər İnternatı" Bələdiyyə Hökuməti Təhsil Təşkilatının direktoru Malik Hacıyev tərəfindən təbriklər edildi.

Tədbir çərçivəsində notariuslar Federal Notariat Palatası tərəfindən notariat sahəsində göstərdikləri uzunmüddətli və vicdanlı əməyə görə fəxri diplomlarla, təşəkkürnamələrlə və medallarla, Dağıstan Respublikası Milli Məclisi tərəfindən fəxri diplomlarla və təşəkkürnamələrlə, Dağıstan Respublikası Notariat Palatası tərəfindən fəxri diplomlarla və təşəkkürnamələrlə təltif olundular. Stanislav Smirnov Dağıstan Respublikası Notariat Palatasının fəxri prezidenti Maqomed Calayevə təntənəli şəkildə sertifikat təqdim etdi.

Sonda Şamsutdin Maqomedoviç bir daha bütün həmkarları Dağıstan Respublikası Notariat Palatasının yaranmasının 25 illiyi münasibətilə təbrik etdi və onlara peşəkar fəaliyyətdə müvəffəqiyyət, bütün başlanğıclarda rifah və uğur arzu etdi.