Медиа
Ədliyyə işçilərinin peşə bayramı günü
22 noyabr – “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibəti ilə
Azərbaycan Notariat Palatası adından təbrik
Hörmətli ədliyyə işçiləri!
Sizi 22 noyabr – “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibəti ilə təbrik edirik!
Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə inkişaf edən respublikamızda ədliyyə orqanları da davamlı inkişaf və müasirləşmə yolundadır. Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət və yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil edir.
Azərbaycan ədliyyəsinin 102-ci ildönümü əzəli Vətən torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən tarixi Qarabağ Zəfəri eyni vaxta təsadüf edir və bu tarixi günlər hər bir Azərbaycan vətəndaşının yaddaşında qurur və ehtiramla qalacaqdır. Biz inanırıq ki, uzun illər ölkəmizin müstəqilliyi və sabit inkişafı üçün təhdid mənbəyi olan Dağlıq Qarabağ probleminin həlli Azərbaycan Respublikasının daha da sürətlə inkişaf etməsinə yol açacaqdır.
Hörmətli ədliyə işçiləri!
Sizi bir daha peşə bayramı münasibəti ilə təbrik edirik, can sağlığı, şəxsi və peşə həyatınızda uğurlar arzu edirik!
Azərbaycan Notariat Palatasının İdarə heyəti
Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.