Media

22 noyabr - “Ədliyyə işçilərinin peşə bayramı günü”


Hörmətli ədliyyə işçiləri!
 

Sizi 22 noyabr – “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibəti ilə təbrik edirik!
 

Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə inkişaf edən respublikamızda ədliyyə orqanları da davamlı inkişaf və müasirləşmə yolundadır. Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir.
 

Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət və yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil edir.
 

Azərbaycan ədliyyəsinin 102-ci ildönümü əzəli Vətən torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən tarixi Qarabağ Zəfəri ilə eyni vaxta təsadüf edir və bu tarixi günlər hər bir Azərbaycan vətəndaşının yaddaşında qurur və ehtiramla qalacaqdır. Biz inanırıq ki, uzun illər ölkəmizin müstəqilliyi və sabit inkişafı üçün təhdid mənbəyi olan Dağlıq Qarabağ probleminin həlli Azərbaycan Respublikasının daha da sürətlə inkişaf etməsinə yol açacaqdır.
 

Hörmətli ədliyyə işçiləri!
 

Sizi bir daha peşə bayramı münasibəti ilə təbrik edirik, can sağlığı, şəxsi və peşə həyatınızda uğurlar arzu edirik!

 

Azərbaycan Notariat Palatası