Media
Azərbaycan Notariat Palatasının “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyətə başlayıb
Cəmiyyətin hüquq yönümlü informasiya ilə təmin edilməsində media aparıcı rol oynayır.
Sosial media müasir cəmiyyətdə insanların daha çox maraq dairəsini və gündəlik informasiyaya tələbatını ödəmək baxımından vacib əhəmiyyət daşıyır. Sosial medianın cəmiyyətimizdə getdikcə artan aktual bir istiqamət olmasını nəzərə alaraq, Azərbaycan Notariat Palatası 18 may 2021-ci il tarixində özünün rəsmi facebook səhifəsini – “Azərbaycan Notariat Palatası” izləyicilərin istifadəsinə vermişdir.
Notariat Palatasının rəsmi facebook səhifəsində notariat fəaliyyəti ilə əlaqədar rəsmi xəbərlər, Notariat Palatasının fəaliyyət istiqamətlərinə uyğun gördüyü işlər və hüquqi maarifləndirmə xarakterli məlumatların verilməsi və paylaşımların edilməsi zərurəti nəzərə alınmışdır.
Məlumat üçün qeyd edirik ki, facebook sosial şəbəkəsinə həmçinin Notariat Palatasının rəsmi internet səhifəsi olan aznotary.az saytından keçid təmin edilmişdir.
İstifadəçilər Notariat Palatasının yeni yaradılmış səhifəsinə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:
Digər Xəbərlər
Azərbaycan notariatında rəqəmsal yeniliklər beynəlxalq maraq doğurur
Səmərqənddə beynəlxalq konfrans keçirilib
Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyası və Özbəkistan Notariat Palatasının birgə təşkilatçılığı ilə Səmərqənddə beynəlxalq konfrans keçirilib.
Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 30.09.2023-cü il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə oktyabr ayının 16-dan etibarən müsahibənin keçirilməsinə başlanılacaqdır.