Media
Azərbaycan Notariat Palatasının Dövlət Notariat Arxivi ilə birgə layihəsi olan “Vərəsəlik işlərinin rəqəmsallaşdırılması” üzrə işlərin icra vəziyyəti müzakirə olunmuşdur.
Notariat Palatası 2020-ci ilin mart ayından etibarən Dövlət Notariat Arxivi ilə birgə “Vərəsəlik işlərinin rəqəmsallaşdırılması” layihəsinin həyata keçirir. Layihə üzrə 1927-ci ildən 2007-ci ilədək Dövlət Notariat Arxivinə təhvil verilmiş vərəsəlik işlərinin rəqəmsallaşdırılması nəzərdə tutulmuşdur.
Həmin layihənin icra vəziyyətinə baxış keçirilmiş və layihənin sonrakı icrası barədə müzakirə aparılmışdır.
Hazırki vaxtadək həmin layihə üzrə rəqəmsallaşdırılan sənədlərin sayı 280 000 ədədi keçmişdir ki, bu da həmin layihə üzrə nəzərdə tutulan işin əksər hissəsini təşkil edir.
Vurğulanmışdır ki, vərəsəlik işlərinin rəqəmsallaşdırılması – vərəsəlik işlərinin açılması və vərəsəlik şəhadətnamələrinin verilməsi barədə məlumatları elektron qaydada əks etdirəcək, vərəsəlik şəhadətnamələri barədə məlumatların müəyyən edilməsini asanlaşdıracaq, vərəsəlik işləri ilə bağlı sorğulara cavab zamanı vaxt itkisini minimuma endirəcək və təhlükəsizlik meyarlarını artıracaqdır.



Digər Xəbərlər
17 iyun 2025-ci il tarixində Azərbaycan Notariat Palatasının növbəti Ümumi yığıncağı keçirilmişdir
“İnsan Hüquqları Aylığı” çərçivəsində ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti “Daşkənd Hüquq Baharı” IV Beynəlxalq Hüquq Forumunda iştirak edib