Media
12 dekabr – müstəqil Azərbaycan Respublikasının inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hakimiyyətdə olduğu illərdə qüdrətli ordunun əsasını qoydu, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, iqtisadiyyatının, mədəniyyətinin, elminin, təhsilinin inkişaf dövrünə çevrildi.
Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada qürurla dalğalanmağa başladı.
Ulu Öndərin anım günündə dahi şəxsiyyətin illər öncə həyata keçirdiyi xilaskarlıq və dirçəliş missiyası xüsusi minnətdarlıqla xatırlanır.
Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Allah rəhmət eləsin!
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Notariat Palatası ilə Belarus Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə