Media
Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə!
Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 24.05.2022-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə iyun ayının 10-dan etibarən başlanılacaqdır.
Müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, imtahanın keçirilməsi qaydalarına görə müsahibənin nəticələrinə əsasən uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.
Əlavə məlumatları (012) 404-42-28, (012) 404-42-19 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Ətraflı: justice.gov.az
Digər Xəbərlər
17 iyun 2025-ci il tarixində Azərbaycan Notariat Palatasının növbəti Ümumi yığıncağı keçirilmişdir
“İnsan Hüquqları Aylığı” çərçivəsində ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti “Daşkənd Hüquq Baharı” IV Beynəlxalq Hüquq Forumunda iştirak edib