Media

31.10.2022 və 01.11.2022-ci il tarixlərdə Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II platformasında notariuslar üçün “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi üzrə “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda seminar keçirilmişdir.

Avropa Şurasının Bakı nümayəndəliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasında təşkil edilən seminarda “Maliyyə cinayətləri, çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və ona qarşı mübarizə”, “Notariuslar aspektindən müəyyən edilmiş qeyri-maliyyə təsisatları və peşələrinə nəzarət”, “Notariuslar üçün cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin miqyası”, “Risk, risklərdən xəbərdar olma və risk əsaslı yanaşma: Azərbaycanda notariuslar üçün təhlükələr və risklər – Çrkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin təşkili” və “Mürəkkəb, qeyri-adi davranışlar – Həyəcan siqnalları və şübhəli əməliyyatlar haqqında hesabatlar” mövzularında məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

Məruzə və müzakirələrdə cirkli pulların yuyulması və terorçuluğun maliyyələşdirilməsinə qarşı mübarəzədə notariusların rolu və bu prosesdə qanunvericiliyin tətbiqi məsələləri əhatə olunmuşdur.