Media
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
04.02.2021-ci il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında məhkəmə iclası keçirilib. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumat yayıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafari və Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş mülahizələri, ekspert qismində Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
Mənbə: www.constcourt.gov.az
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Notariat Palatası ilə Belarus Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə