Qurum:
|
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi
|
Məzmun:
|
- "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın 6-cı maddəsinə uyğun olaraq məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.
|
Xidmətin aid olduğu təsnifat:
|
|
Xidməti göstərən qurumlar:
|
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
Hüquqi əsas:
|
- Hüquqi əsas məzmunu: "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın 6-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 544 nömrəli Sərəncamı
- Hüquqi əsas akt linki: https://e-qanun.az/framework/5827
|
Həyata keçirilmə formaları:
|
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
- Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması:
|
- Yerində (şifahi və ya yazılı) məlumatlandırma
|
Həyata keçirilmə nəticəsi:
|
- Həyata keçirilmə nəticə tipi: Yeni sənəd
- Sənəd: Sənədə apostil verilir
- Əlavə məlumat: Məlumat daxil edilməyib
|
Xidmət istifadəçisi barədə məlumat:
|
- Fiziki şəxslər
- Hüquqi şəxslər
- Dövlət orqanları
- Yerli özünüidarəetmə orqanları
|
Ödənilə bilmə səviyyəsi:
|
|
Xidmət dəyərləri:
|
Müddət : 5 iş günü
Dövlət rüsumu məbləği : 10 AZN
Ödəniş üsulları : Bank vasitəsi ilə, Xüsusi ödəmə terminalı
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Qanun 10 maddə
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti:
Günlər: Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı: 09:00
İşin bitmə vaxtı: 18:00
Fasilənin başlama vaxtı: 13:00
Fasilənin bitmə vaxtı: 14:00
Günlər: "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri
İşin başlama vaxtı: 09:30
İşin bitmə vaxtı: 17:00
Fasilənin başlama vaxtı: 00:00
Fasilənin bitmə vaxtı: 00:00
Günlər: "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri
İşin başlama vaxtı: 09:00
İşin bitmə vaxtı: 18:00
Fasilənin başlama vaxtı: 00:00
Fasilənin bitmə vaxtı: 00:00
|
Göstərilmə yeri:
|
- Ədliyyə Nazirliyinin inzibati binası
- Şəhər və rayon notariat ofisləri
- “ASAN xidmət" mərkəzləri
- "ASAN xidmət" mərkəzləri
|
Həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları:
|
- - "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamənin (apostilin) verilməsi Qaydası"na uyğun olaraq Ədliyyə Nazirliyinə bilavasitə və ya notariat ofisləri vasitəsilə təqdim edilmiş sənədlər 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir. Düzgün tərtib olunmamış sənədlər apostil verilmədən qaytarılır.
|
Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:
|
Azərbaycan Respublikasının vətəndaşı:
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd
Sənədin təqdim edilmə formaları :
- Digər
Apostil verilməli olan sənəd
Sənədin təqdim edilmə formaları :
- Digər
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
Sənədin təqdim edilmə formaları :
- Digər
Fiziki və hüquqi şəxsin, dövlət qurumunun müraciəti
Sənədin təqdim edilmə formaları :
- Digər
Nümayəndə vasitəsi ilə müraciət edildikdə əlavə olaraq onun şəxsiyyətini təsdiq edən sənəd və səlahiyyətlərinə dair etibarnamə
Sənədin təqdim edilmə formaları :
- Digər
|
|
İnzibati prosedurlar:
|
- Qeyri-Elektron İnzibati prosedurlar : İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar:
|
- - Apostilin verilməsini həyata keçirən Notariat, qeydiyyat və reyestr baş idarəsinin fəaliyyətindən "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq yuxarı inzibati orqana şikayət verilə bilər.
|
Həyata keçirilməsində istifadə olunan informasiya sistemləri:
|
- "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
|
Həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri:
|
- "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
|
Elektronlaşma dərəcəsi:
|
|
Avtomatlaşma dərəcəsi:
|
|
Avtomatlaşma mərhələsi:
|
|
Elektron ünvan:
|
|
Tip:
|
|
Göstərilmə forması:
|
|
Elektronlaşma mərhələsi:
|
|
Elektron xidmətlərin siyahısına daxil edilmə dərəcəsi:
|
|
Növ:
|
|