Media
Notariat fəaliyyəti ilə məşgul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır
Əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl işlər davam etdirilir.
Bununla bağlı Ağcabədi, Gədəbəy, Xaçmaz, İmişli, Kürdəmir, Lənkəran, Şamaxı, Ucar, Zərdab rayonlarında, habelə Gəncə və Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində notarius vəzifələrində fəaliyyət göstərmək istəyən qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar cari ilin yanvar ayında elan olunmuş müsabiqədə iştirak etməyə dəvət olunublar. Namizədlərin sənədlərinin qəbulu davam etdirilir.
Bildirilir ki, müsabiqə üzrə test imtahanının cari ilin may ayında keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar ərizələrin qəbulunun aprel ayının 1-də başa çatdırılması qərara alınıb.
“Notariat haqqında” Qanuna əsasən namizədlər tərəfindən təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaqdır.
Qeyd edilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyası tərəfindən xüsusi hazırlıq kursları təşkil ediləcəkdir.
Test imtahanının, həmçinin hazırlıq kursunun vaxtı və yeri barədə məlumat veriləcəkdir.
Əlavə informasiyanı nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Notariat Palatası ilə Belarus Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə