Media
6-7 dekabr 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq çərçivədə vərəsəlik hüququna dair notariusların seminarı keçirilib.
Dekabrın 6-dan 7-ə kimi Sankt-Peterburqda "Vərəsəlik: rus və xarici təcrübə" üzrə beynəlxalq seminar keçirilmişdir. Seminarın təşkilatçısı Federal Notariat Palatasının beynəlxalq əməkdaşlıq üzrə Komissiyası idi. Rusiya Federasiyasının iyirmidən çox bölgəsindən olan notariusları, həmçinin, Fransa, Avstriya, Almaniya, Belarusiya, Qazaxstan, Moldova, Azərbaycan, Bolqarıstan notariatlarının nümayəndələri tədbirdə iştirak etmişlər. Serbiya notariatının nümayəndələri ilk dəfə beynəlxalq tədbirdə iştirak edirdilər. Federal Notariat Palatasının prezidenti Konstantin Korsikin də qeyd etdiyi kimi "bu seminar Rusiya və Serbiya notariatlarının qarşılıqlı əlaqəsinin inkişafında yeni mərhələyə keçid üçün başlanğıc nöqtə olacaq". Rusiya Federal Notariat Palatası və Serbiya arasında əməkdaşlıq sazişi bağlayaraq hər iki dövlətin notariatları məhsuldar və mehriban münasibətləri davam etdirməyə dair öz maraqlarını bildirdilər.
Rusiya notariatı Prezidentinin fikrinə görə bu cür razılaşmalar müxtəlif dövlətlərin notariatlarının yaxınlaşmasının yeni və daha keyfiyyətli səviyyəyə keçməsinə, bilik və təcrübələrin mübadiləsinə imkan verir. Serbiya Notariat Palatasının Prezidenti Srbislav Sveiç rus həmkarlarına qonaqpərvər olduqlarına görə öz təşəkkürünü bildirdi, həmçinin imzalanmış sazişin nəinki hər iki palatanın əlaqələrinə, həm də yenicə beş illik yubileyini qeyd edən Serbiya notariatının inkişafına müsbət təsir göstərəcəyinə dair öz əminliyini bildirdi. Seminarın işini notariat sahəsində beynəlxalq əməkdaşlığın rolunun vacibliyindən və xarici həmkarlarla münasibətə marağın artmasından bəhs edən Federal Notariat Palatasının beynəlxalq əməkdaşlıq üzrə Komissiyasının Sədri, Leninqrad vilayəti üzrə Notariat Palatasının Prezidenti Yelena Moskal açdı.
Rusiya Federasiyası Ədliyyə Nazirinin məsləhətçisi Mariya Melnikova gündəliyə qoyulmuş sualların vacibliyini və notariat təcrübəsində vərəsəlik mövzusunun aktuallığını vurğuladı.Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Sankt-Peterburq Baş İdarəsinin rəhbəri Dmitriy Smirnov, Sankt-Peterburq Notariat Palatasının Prezidenti Mariya Terexova və Sankt-Peterburq Notariat Palatasının fəxri Prezidenti Mariya Sazonova seminar iştirakçılarını salamladı.Seminarın bu ilki məramı islahatlarla əlaqədar olaraq ciddi dəyişikliklərə məruz qalmış vərəsəlik hüququnun düzgün tətbiqinə yönəlmişdir. Rusiya cəmiyyətində formalaşmış bazar iqtisadiyyatı və sahibkarlığın inkişafı, miras kütləsinin şaxələndirilməsi ilə vərəsəlik hüququnun təkmilləşdirilməsi ən aktual mövzu hesab edilirdi.
Fond sazişi və vərəsəlik sazişi kimi yeni institutlar olduqca geniş tapşırıqlar spektrini (varislər arasında mübahisə riskinin azalmasından mülkiyyətçinin ölümündən sonra geniş biznesin saxlanılmasına qədər) araşdırmaq üçün çağırılmışdırlar. Məsələn, uzunmüddətli perspektivdə miras fondlarının yaradılması biznesin deofşorizasiyası və investisiyanın ölkədə saxlanılması üçün ciddi stimul ola bilər. "Bu gün Rusiya notariatının əsas tapşırığı vərəsəlik problemlərinin effektiv həlli üçün əmlak üzərində yeni sərəncam vasitələrini nəzərə alaraq vətəndaşları lazımi şəraitlə təmin etməkdir. Mübahisəsiz şəkildə notarial qaydada vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi bütün dövrlərdə ən etibarlı və rahat üsul hesab edilib. Vərəsəlik işi çərçivəsində notarius unikal tədqiqat, təftiş və məsləhət işləri görür, vərəsələr arasındakı potensial mübahisələrin qarşısını alır və onların hər birinin hüququnu qoruyur. Notariusun hüquqi ekspertizasının nəticələrinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə əmlakın həm ölmüş şəxsə məxsusluğunu, həm də hazırki vərəsəyə qanuni şəkildə keçməsini sübut edən ictimai əsasdır." - FNP-nın Prezidenti Konstantin Korsik bildirdi.
Bu gün Rusiya notariat işinin əsas hissəsi vahid notariat məlumat sistemi hesab olunan elektron xidmət vasitəsilə həyata keçirilir. Məhz Elektron Notariat Sistemi vasitəsilə istənilən vəsiyyətnamənin müvcudluğunu onun kağız formada olan əslini təqdim etmədən görmək mümkün olur.Axtarışın bu cür effektiv ardıcıllığı hazırda vərəsəlik fondları məsələsinə də təsir edir. Vərəsəlik fondunun qeydiyyat ərizəsi notarius tərəfindən imzalanır və Federal Vergi Xidmətinə idarələrarası elektron qarşılıqlı əlaqə sisteminin etibarlı kanalları vasitəsilə müstəqil şəkildə ötürülür. Həmin EİS vasitəsilə bir il ərzində Rusiya notariusları tərəfindən 600-dən çox vəsiyyətnamənin qeydiyyatı aparılmışdır, bu da vərəsəlik fondlarının yaradılmasını təmin etmişdir. Təbii ki, yeni hüquqi institutların effektivliyini və vacibliyini qiymətləndirmək bir müddət keçdikdən sonra hüquqi tətbiqin formalaşdırılması ilə mümkün olacaq.
Seminarın proqramına vərəsəlik hüququnun nəzəri aspektləri, həmçinin praktiki hissəsi daxil idi. Fransa, Azərbaycan, Avstriya, Moldova, Belorusiya, Tacikistan, Polşa, Serbiyanın notariat və elmi icmalarının nümayəndələri öz təqdimatları ilə çıxış etdilər. Seminarda həmçinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Leninqrad vilayəti üzrə İdarəsinin rəhbəri Pavel Repin, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinin notariat kafedrasının müəllimi, Rusiya Ədliyyə Nazirliyinin Leninqrad vilayəti üzrə İdarəsi nəzdində İxtisas Komissiyasının üzvü Yelena Smirenskaya iştirak etmişdir. Seminara yekun vuraraq Yelena Moskal notariat sahəsində, xüsusəndə vərəsəlik hüququ sahəsində beynəlxalq əməkdaşlığın vacibliyindən bəhs etdi, o cümlədən maraqlı və məhsuldar iş təqdim etdiklərinə görə bütün iştiraklçılara təşəkkürlər edildi.
Digər Xəbərlər
15-16 yanvar 2020-ci tarixlərində Rusiyanın Moskva şəhərində XI Qaydarov Beynəlxalq Forumu keçirilib.
15-16 yanvar 2020-ci tarixlərində Rusiyanın Moskva şəhərində XI Qaydarov Beynəlxalq Forumu keçirilib.
27-30 noyabr 2019-cu il tarixlərində Beynəlxalq Notariat Birliyinin(UİNL) 29-cu Beynəlxalq Konqresi keçirilib.
27-30 noyabr 2019-cu il tarixlərində Beynəlxalq Notariat Birliyinin(UİNL) 29-cu Beynəlxalq Konqresi keçirilib.
5 oktyabr 2019-cu il tarixində Dağıstan Respublikasının Notariat Palatası 25 illiyini qeyd etdi.
5 oktyabr 2019-cu il tarixində Dağıstan Respublikasının Notariat Palatası 25 illiyini qeyd etdi