Media

Azərbaycan Notariat Palatası Qanunvericilik şöbəsi üzrə “Baş məsləhətçi” vəzifəsinə vakansiya elan edir.

Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Notariat Palatası Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə www.aznotary.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

 

Baş məsləhətçi

Əsas vəzifə öhdəlikləri:

 

  • Palatanın iş planına uyğun olaraq müəyyən edilmiş hüquqi mövzularda araşdırmalar aparmaq, təkliflər və rəylər hazırlamaq;
  • Palata rəhbərliyinin tapşırığı ilə Palatanın qanunvericilik məsələləri üzrə fəaliyyət istiqamətlərinə aid məsələlərin tənzimlənməsində iştirak etmək;
  • Hüquq və notariat sahəsində qanunvericilik aktlarının, metodiki tövsiyələrin və xidməti təlimatların, qaydaların və s. sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, normativ-hüquqi aktların layihələrinə və digər hüquqi xarakterli sənədlərə dair rəylər hazırlamaq,
  • Fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət orqanlarından daxil olan hüquqi xarakterli sorğular və müraciətlər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar aparmaq və cavablar hazırlamaq;
  • Hüquq və notariat fəaliyyətinin aktual məsələlərini əhatə edən mövzular üzrə Palatanın Şuralarının müzakirəsi üçün təkliflər vermək;
  • Hüquq və notariat sahəsində hüquqi təbliğat və maarifləndirmə işinin aparılmasında iştirak etmək;
  • Notariat fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə təkliflər vermək;
  • Notariat fəaliyyətinin aktual məsələləri barədə hüquqi təbliğat məqsədilə məqalələr və çıxışlar hazırlamaq;
  • Palata tərəfindən təşkil olunan tədbirlərdə (seminar, konfrans, təlim, müzakirə, dəyirmi masa və s.) iştirak etmək, müzakirə edilən məsələlər barədə təhlillər aparmaq və təkliflər vermək;
  • Notariat fəaliyyəti üzrə beynəlxaq təcrübəni araşdırmaq, notariat sahəsində xarici normativ aktlarla milli qanunvericiliyin müqayisəli təhlilini aparmaq və bu istiqamətdə səmərələşdirici təkliflər vermək;
  • Palata rəhbərliyinin verdiyi digər tapşırıqları icra etmək.

 

 

 

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır.

İş vaxtı: 09:00 - 18:00.

İş günü: Bazar ertəsi- Cümə.

 

Namizəd üçün tələblər:

Ali təhsil.

Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi.

Ən azı bir xarici dil biliyi (sərbəst səviyyədə).

Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı.

 

Şəxsi keyfiyyətlər:

Analitik düşüncə qabiliyyəti, intizamlılıq, ünsiyyətcillik.

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

 

 

Məlumatlandırıcı qeydlər:

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin.

Vakansiya üzrə müraciətlər 01 avqust 2024-cü il tarixədək qəbul olunacaqdır.

İşə qəbul prosesinin növbəti mərhələsi ilə bağlı ümumi tələblərə uyğun gələn namizədlərlə müsahibə keçirilməsi üçün əlaqə saxlanılacaqdır.

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (CV formasını Notariat Palatasının aznotary.az saytında “Vakansiya” bölməsindən götürə bilərsiniz) vakansiya@aznotary.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Vakansiya” qeyd etmələri xahiş olunur.


CV forması