Media
27-30 noyabr 2019-cu il tarixlərində Beynəlxalq Notariat Birliyinin(UİNL) 29-cu Beynəlxalq Konqresi keçirilib.
2019-cu ilin 27-30 noyabr tarixlərində Beynəlxalq Notariat İttifaqına üzv notariuslarla görüş keçirilməsi üçün İndoneziya notariusları ev sahibliyi etmişdir. 29-cu Beynəlxalq Konqres üçün 89 üzv ölkənin və 4 qitənin 1500 notariusu Cakartada toplanmışdır. Yığıncaq 21-ci əsrin Notariat prinsipləri, fiziki şəxlərə dəstək və sonda sənaye inqilabı mövzusuna toxunmuşdur.
BNİ-nin Beynəlxalq Konqresi hər üç ildən bir qanunvericilik məclisinin sonunda keçirilir. Təşkilatın Nizamnaməsinə əsasən Konqresin keçirilməsinin əsas məqsədi notariusların əsas maraq dairəsi olan hüquqi mövzulara dair elmi təlimlər təşkil etmək, təcrübə mübadiləsi aparmaq üçün forumların keçirilməsini təklif etmək, dövlət və vətəndaş xidmətində notariusların rolu və funksiyası barədə cəmiyyəti məlumatlandırmaqdır. 2019-cu ildə bu tədbiri İndoneziya Notariatının Sədri xanım Yualita Widyadhari həyata keçirdi. BNİ-ni təşkil edən notariat əməkdaşları notariusu xüsusi peşəkar struktur çərçivəsində dövlətin bir nümayəndəsi kimi ictimai funksiyanı yerinə yetirən dövlət məmuru qismində təsəvvür edirlər. Onun missiyası hüquqi sənədlərin və müqavilələrin qanuniliyini yoxlayıb azad və qərəzsiz şəkildə hüquqi məsləhətlər verərək həmin sənədlərin həqiqiliyini təsdiq etməkdir. Notariusun funksiyası bütün mübahisəsiz hüquqi fəaliyyətləri əhatə edir. Notarius insanları doğulduğu andan ölənədək, həmçinin şirkətləri bütün inkişaf mərhələlərində müşayiət edir.
Konqresin birinci mövzusu “21-ci əsrdə notariat prinsiplərinin etibarlılığı” barədədir, məsələn: cəmiyyətin ən son təkamülü mövzusunda notariusun oynadığı rol. İkinci “notarius və fiziki şəxs” mövzusunun, daha dolğun desək, etibarlı üçüncü şəxs kimi ayrı-ayrı şəxslər üçün təşkilati dəstək hesab olunan notariusun mövqeyinin öyrənilməsidir. Açılış Mərasimində İndoneziyanın yerli səlahiyyətli şəxsləri, Respublika Prezidenti Ir. Joko Widodo, Hüquq və İnsan Hüquqları Naziri Professor Yasonna Laolyiştirak etmişdir. Belarusiya Ədliyyə Nazirinin müavini cənab Mikalai Staravoitau, Livan Ədliyyə Nazirliyinin baş direktoru hakim Rola Jadayel və Kamboca Dövlət katibi cənab Chiv Songhak kimi digər xarici şəxsiyyətlər də iştirak etmişdir. Kamboca və ya Konqo Demokratik Respublikası kimi üzv olmayan ölkələrin notariat nümayəndələri tədbirdə iştirak etmişdir.
Beynəlxalq Notariat İttifaqı 1948-ci ildən bəri beynəlxalq qeyri-dövlət təşkilatıdır. BNİ notariuslara dövlət məmuru kimi eyni düşüncə ilə yanaşan 89 ölkə notariuslarından təşkil olunmuşdur. BNİ-nin məqsədi torpağın mülkiyyət kimi əldə edilməsi, zərər çəkmişlərin qanuni yolla qorunması və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzularında bütün dünya notariuslarının funksiyasını və fəaliyyətini genişnədirmək, əlaqələndirmək və inkişaf etdirməkdir.
Digər Xəbərlər
15-16 yanvar 2020-ci tarixlərində Rusiyanın Moskva şəhərində XI Qaydarov Beynəlxalq Forumu keçirilib.
15-16 yanvar 2020-ci tarixlərində Rusiyanın Moskva şəhərində XI Qaydarov Beynəlxalq Forumu keçirilib.
6-7 dekabr 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq çərçivədə vərəsəlik hüququna dair notariusların seminarı keçirilib.
6-7 dekabr 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq çərçivədə vərəsəlik hüququna dair notariusların seminarı keçirilib
5 oktyabr 2019-cu il tarixində Dağıstan Respublikasının Notariat Palatası 25 illiyini qeyd etdi.
5 oktyabr 2019-cu il tarixində Dağıstan Respublikasının Notariat Palatası 25 illiyini qeyd etdi